• çərşənbə axşamı, 19 mart, 14:35
  • Baku Bakı 8°C

Poroşenko: “Rusiya Ukraynada sülhməramlı missiyada iştirak edə bilməz”

26.09.17 09:05 1126
Poroşenko: “Rusiya Ukraynada sülhməramlı missiyada iştirak edə bilməz”
Rusiya Ukraynanın cənub-şərqində sülhməramlı missiyada iştirak edə bilməz.
APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Kanadanın CBC telekanalına müsahibəsində bəyan edib.
"Bu mümkün deyil. Çünki Rusiya birbaşa münaqişə tərəfidir”, deyə P.Poroşenko bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva sülhməramlıları yalnızATƏTmüşahidəçilərinin mühafizəçisi qismində görür. "Əgər RusiyaBMTTəhlükəsizlik Şurasının qərarına veto qoysa, Ukrayna Beynəlxalq Məhkəməyə müraciət edəcək”, P.Poroşenko əlavə edib.
Qeyd edək ki, Rusiya prezidentiVladimir PutinATƏTmüşahidəçilərinintəhlükəsizliyini təmin etmək üçünBMTsülhməramlılarınınUkraynada yerləşdirilməsini dəstəkləyib. Bununla belə rəsmi Moskva beynəlxalq qüvvələrin yalnız qoşunların təmas xəttində yerləşdirilməsini zəruri sayır.
banner

Oxşar Xəbərlər