• şənbə, 20 Aprel, 09:13
  • Baku Bakı 14°C

Pororşenko boksçuları səhv saldı

01.04.19 11:12 554
Pororşenko boksçuları səhv saldı
Ukrayna prezidenti Petr Poroşenko iki ukraynalı boksçunu səhv salıb.
Kaspi.az xəbər verir ki, Poroşenko martın 31-də Ukraynada keçirilən prezident seçkilərindən sonra verdiyi açıqlamada səhvə yol verib. O, jurnalistlərə belə deyib:
"Bu gün xeyli pozitiv hadisələr olub. Səhər imkanım oldu ki, Aleksandr Usiki Filadelfiyada qazandığı parlaq qələbə münasibəti ilə təbrik edim”.
Məsələ burasındadır ki, Filadelfiyada peşəkarlar arasında keçirilən döyüşdə qələbə qazanan Usik yox, Aleksandr Qvozdik olub. O, Dudu Nqumbu üzərində texniki nokautla qələbə qazanıb.
banner

Oxşar Xəbərlər