• şənbə, 20 Aprel, 15:53
  • Baku Bakı 23°C

Ronaldo prezidentdən inciyib, getmək istəyir

14.12.17 12:05 2480
Ronaldo prezidentdən inciyib, getmək istəyir
Kriştiano Ronaldo ilə "Real”ın prezidenti Florentino Peresin münasibətləri pisləşib.
Kaspi.az xəbər verir ki, Roanldo Persin "Qızıl top”un mükafatlandırma mərasimindən sonra dediyi sözlərdən inciyib. Peres demişdi ki, Neymar "Real”da oynasaydı, "Qızıl top”u qazanmaq şansı daha çox olardı.
Prezidentin bu sözləri portuqaliyalı futbolçunun xətrinə dəyib. O, "Real”ı tərk etmək istəyir. Məlumata görə, Ronaldonun meneceri klub rəhbərliyinə müraciət edərək, futbolçu üçün tələb olunan kompensasiyanın aşağı salınmasını istəyib.
Ronaldonu almaq istəyən klub bir milyard avro ödəməlidir.
banner

Oxşar Xəbərlər