• cümə, 29 Mart, 19:50
  • Baku Bakı 14°C

“Pompey” filmi Park Cinema-da nümayiş etdiriləcək

17.02.14 14:29 1748
“Pompey” filmi Park Cinema-da nümayiş etdiriləcək
Fevral ayının ən çox gözlənilən filmlərindən biri olan “Pompey” filmi dünya premyerasından bir gün əvvəl - fevralın 19-da saat 21:00-da Metropark-dakı Park Cinema kinoteatrında nümayiş etdiriləcək. Bu barədə məlumat verən Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev premyeradan öncəki nümayişə biletlərin artıq satışa çıxarıldığını bildirib.
Namiq Quliyev fevralın 20-dən etibarən “Pompey” filminin Park Cinema kinoteatrlar şəbəkəsinin digər kino zallarında da nümayiş etdirilməyə başlanacağını söyləyib. Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru qeyd edib ki, film Pompey şəhərini yer üzündən silmək təhlükəsi önündə qoyan qlobal fəlakət – Vezuvi vulkanının püskürməsi fonunda qulun varlı patrisinin qızına olan yasaq məhəbbətindən bəhs edir.
Milon adlı qul (Kit Herinqton) azad olduqdan sonra sahibinin (Cared Harris) qızı nəcib Kassiya (Emili Brauninq) ilə evlənəcəyi günü xəyal edir. Lakin çox keçmir ki, o, Kassiyanın pula düşkün və korrupsiyaya bulaşmış Roma senatoru (Kifer Sazerlend) ilə nişanlandığını öyrənir. Milonun özünü isə Neapolda yaşayan başqa bir əsilzadəyə satırlar. Vezuvi püskürməyə başlayan kimi Milon öz məhəbbətini və amfiteatrda tələyə düşmüş ən yaxın dostunu - qladiatoru (Adevale Akinnuoye-Aqbadce) xilas etmək üçün Pompeyə geri qayıdır.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev “Pompey” filminin kinosevərlər tərəfindən bəyəniləcəyinə inandığını bildirib.
banner

Oxşar Xəbərlər