• cümə, 19 Aprel, 18:15
  • Baku Bakı 24°C

Pompeo Türkiyə XİN rəhbəri ilə anışıqlar aparacaq

04.06.18 09:15 500
Pompeo Türkiyə XİN rəhbəri ilə anışıqlar aparacaq
ABŞ dövlət katibi Mayk Pompeo iyunun 4-də Vaşinqtonda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. APA-nın Türkiyə XİN-nə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusuSuriyanın Mənbicşəhərinə dair yol xəritəsinin razılaşdırılmasıdır.
"Nazir dövlət katibi Mayk Pompeonun dəvəti ilə 3-4 iyun tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq. Danışıqlar zamanı,Mənbicədair yol xəritəsi də daxil olmaqla,Suriyaya ilə bağlı məsələlər, ikitərəfli münasibətlər habeləqarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Mövlud Çavuşoğlu səfər çərçivəsində ABŞ-dakı türk və müsəlman icmalarının üzvləri, Amerikanın işgüzar dairələrin, analitik mərkəzlərin vəKİV nümayəndələri ilə görüşəcək.
banner

Oxşar Xəbərlər