• cümə axşamı, 25 aprel, 11:40
  • Baku Bakı 14°C

Pompeo “Taliban”la sazişi imzalamaqdan imtina edib

05.09.19 16:00 1263
Pompeo “Taliban”la sazişi imzalamaqdan imtina edib
Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan "TIME” jurnalı iddia edib ki, Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Qətərin paytaxtı Dohada ABŞ və "Taliban” liderləri arasında əldə olunmuş razılaşmaya dair sənədi imzalamaqdan imtina edib. Jurnal yazıb ki, onun bu tərəddüdü qarşı tərəfin sazişin şərtlərinə əməl edəcəyi ilə bağlı şübhələri ilə bağlıdır.
AZƏRTAC"TOLOnews” saytına istinadla xəbər verir ki, ABŞ-ın Əfqanıstanda xüsusi nümayəndəsi Zalmay Xəlilzad Doha danışıqlarının son – doqquzuncu mərhələsindən sonra razılıq əldə olunduğunu və Vaşinqtonun 5 min əsgəri 135 gün müddətində Əfqanıstandan çıxaracağını bildirmişdi. Lakin bunun reallaşması üçün Prezident Donald Trampın sənədi imzalaması tələb olunur.
"TIME” jurnalının analitik məqaləsində qeyd olunur ki, sözügedən razılaşma ilə bağlı həll olunmamış çoxlu məsələlər var. Belə ki, "Əl-Qaidə” terror təşkilatının Əfqanıstanda yenidən baş qaldıracağı və ABŞ-ın dəstəklədiyi hökumətin təhlükəsizliyi məsələləri Vaç9inqtonu narahat edir. Pompeo "The Daily Signal”a telefon müsahibəsində bildirib ki, 2011-ci il 11 sentyabr hadisələrini törədən terror təşkilatının Əfqanıstandakı bazasının tamamilə məhv edilməsi missiyası başa çatdırılıb. O əlavə edib ki, Birləşmiş Ştatların bu ölkədə 18 il davam edən silahlı münaqişədə iştirakı nəticəsində 2 400 amerikalı hərbçi həlak olub. Dövlət katibi vurğulayıb: "Biz son 20 ildə Birləşmiş Ştatlara terror hücumları riskini xeyli azaltmışıq. Elə bir şərait yaranmalıdır ki, ABŞ qoşunları həm Əfqanıstanı, həm də gələcəkdə İraq, Suriya, Pakistan və digər ölkələri tərk etsin”. Pompeonun fikrincə, həmin ölkələrdə antiterror qüvvələrinin saxlanmasına çəkilən xərclərin kəskin azaldılması da Vaşinqton üçün faydalı olacaq.
ABŞ-ın dövlət katibi qeyd edib ki, Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət hələ də çox kövrəkdir. Bu səbəbdən qoşunların tamamilə çıxarılmasından danışmaq hələ tezdir. "Tramp Administrasiyası hesab edir ki, biz "Əl-Qaidə” və digər terror təşkilatlarını tamamilə darmadağın etməliyik”, -deyə Pompeo sözlərinə yekun vurub.
banner

Oxşar Xəbərlər