• cümə axşamı, 28 mart, 21:05
  • Baku Bakı 13°C

Pompeo KXDR ilə danışıqlarda iştirakını davam etdirəcək

20.04.19 10:00 439
Pompeo KXDR ilə danışıqlarda iştirakını davam etdirəcək
ABŞ-ın dövlət katibi Mayk Pompeo Koreya Xalq Demokratik Respublikası ilə danışıqlarda iştirakını davam etdirəcək.
Trend-in məlumatına görə, bu barədə M.Pompeo Vaşinqtonda ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahn və Yaponiyanın XİN rəhbəri Taro Kono və müdafiə naziri Takesi İvaey ilə "2+2" formatında keçirilən görüşün yekunları üzrə mətbuat konfransında deyib.
M.Pompeo bildirib: "Heç nə dəyişməyib, işimizi, danışıqları davam etdirəcəyik. Mən komandaya rəhbərlik etməyə davam edirəm, prezident ümumi prosesə rəhbərlik edir".
Qeyd edək ki, daha əvvəl KXDR tərəfi bildirmişdi ki, M.Pompeonun Koreya yarımadasının dünuklearizasiya üzrə danışıqlarda gələcək iştirakı onların uzadılmasına gətirib çıxara bilər.
Pxenyan ABŞ tərəfindən danışıqlarda daha ehtiyatlı insan istədiklərini də bildirib.

banner

Oxşar Xəbərlər