• çərşənbə, 17 Aprel, 02:56
  • Baku Bakı 14°C

Pompeo: “Kürdlər Suriyadakı münaqişənin nizamlanmasında iştirak etməlidirlər”

23.07.18 09:45 397
Pompeo: “Kürdlər Suriyadakı münaqişənin nizamlanmasında iştirak etməlidirlər”
"SuriyaDemokratik Qüvvələri” tərəfindən İŞİD-dən azad edilənSuriyanın şimal-şərq bölgələrinin sakinləri vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidirlər.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
"Suriyamünaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçünBMTvə tərəfdaşlarımızla birgə çalışmaqda davam edəcəyik. Davamlı nizamlanma bütünsuriyalıların, o cümlədənSuriyanın İŞİD-dən azad olunmuş şimal-şərq bölgələrinin sakinlərinin tam təmsil edilməsini nəzərdə tutur”, - deyə M.Pompeonun bəyanatında bildirilir.
Pompeonun bəyanatıSuriyanın Daşiş yaşayış məntəqəsinin "SuriyaDemokratik Qüvvələri” tərəfindən azad olunması ilə əlaqədar yayılıb.
Əsasən kürd silahlılarından ibarət "SuriyaDemokratik Qüvvələri” ABŞ tərəfindən aktiv dəstəklənir.
banner

Oxşar Xəbərlər