• çərşənbə axşamı, 16 aprel, 17:31
  • Baku Bakı 19°C

Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq”

12.04.18 09:45 441
Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq”
ABŞ Şimali Koreya ilə qarşıdan gələn danışıqlarda siyasi oyunlar oynamayacaq və qətiyyətlə Koreya yarımadasının nüvəsizləşdirilməsinəköklənib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, ABŞ dövlət katibi postuna namizəd Mayk Pompeo bəyan edib.

"Prezident Trampın Şimali Koreya lideri ilə görüşü ərəfəsində xeyli işlər görülməlidir. Dövlət başçısı KXDR-in nüvə arsenalının ABŞ-a təhlükə kəsb etməsinə imkan verməmək niyyətindədir. Prezident Tramp Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq, o cümlədən məndə. Keçmişdə rəsmi Pxenyanla aparılandanışıqlara dair MKİ-nin sənədlərini oxumuşamvə əminəm ki, biz keçmişin səhvlərini təkrarlamayacağıq ”, deyə M.Pompeo vurğulayıb.

Bundan əvvəl Rusiya ilə münasibətlərdə "yumşaq siyasət”dövrününbitdiyini bəyan edən Pompeo bildirib ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılmasını tələb edəcək.

Qeyd edək ki, bu gün ABŞ Senatında M.Pompeonun dövlət katibi vəzifəsinə namizədliyi ilə bağlı dinləmələr keçiriləcək.
banner

Oxşar Xəbərlər