• çərşənbə axşamı, 16 aprel, 16:52
  • Baku Bakı 19°C

Pompeo: "ABŞ İdlibdəki vəziyyətlə əlaqədar Türkiyəyə kömək etmək üçün variantları nəzərdən keçirir"

29.02.20 11:22 608
Pompeo: "ABŞ İdlibdəki vəziyyətlə əlaqədar Türkiyəyə kömək etmək üçün variantları nəzərdən keçirir"
ABŞ Türkiyə ilə danışıqlar aparır və Suriyanın İdlib əyalətindəki vəziyyətlə əlaqədarAnkarayaköməklik göstərilməsivariantlarını nəzərdən keçirir.
APA"TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo tərəfindən yayılan yazılı açıqlamada bildirilir.
Açıqlamada, həmçinin 27 fevral tarixində İdlibdə türk əsgərlərinə qarşı törədilən aviahücumun pisləndiyi və şəhid olan onlarla türk əsgərinə görə ABŞ-ın NATO müttəfiqinin rəhbərliyinə başsağlığı verildiyi deyilir.
"ABŞ türkiyəli müttəfiqlərimizlə birlikdə işləyir və Türkiyəyə bu hücumla mübarizədə kömək etmək üçün variantları nəzərdən keçirir. Suriya Prezidenti Bəşər Əsəd rejimin və ona dəstək verən Rusiyanın qəddar hücumlarının qarşısını almağa, İdlibdəki insanların vəziyyətlərini yüngülləşdirməyə çalışırıq. ABŞ bu hücumu qəti şəkildə pisləyir. Əsəd rejimi, Rusiya, İran və "Hizbullah” İdlibdə davam edən hücumlarına son verməlidir. Onlar atəşkəsin qurulmasına birbaşa mane olurlar. Hücumlar dayandırılmalı, humanitar giriş təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq münaqişə siyasi yolla həll edilməlidir”, - deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib.
banner

Oxşar Xəbərlər