AZE | RUS | ENG |

Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər

Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
Jurnalist Ekspert Mərkəzinin (JEM) dəstəyi ilə Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan nağıllarına həsr olunan tədbir keçirilib.
169 nömrəli tam orta məktəbin kitabxanasında Maria Grykayanın rəhbərliyi ilə gerçəkləşən Beynəlxalq Nağıl Gününə həsr olunan tədbir çərçivəsində şagirdlərə Azərbaycan nağılları təqdim olunub. 
Uşaq mahnılarının bəstəkarı və uşaq yazarı, pianoçu Katarzyna Kulikowska, rəssam-müəllim Gilan Əzizxanlı "Kəpənəyin nağılı", "Tülkü və Hacıleylək" nağıllarını polyak və Azərbaycan dillərində səsləndiriblər. Təəssüratları əsasında nağıllara illüsturasiyalar çəkən polşalı şagirdlərə JEM-in diplomları verilib. 
"Tülkü və Hacıleylək" nağılını Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universtetinin baş müəllimi Samirə Abdullayeva, "Kəpənəyin nağılı”nı Slavyan unversitetinin məzunu Səbinə Yunisova polyak dilinə çevirib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311