• çərşənbə, 24 Aprel, 04:02
  • Baku Bakı 14°C

Polşada yaradılmış beynəlmiləl orkestr qastrol səfərlərinə hazırlaşır

01.12.19 13:15 572
Polşada yaradılmış beynəlmiləl orkestr qastrol səfərlərinə hazırlaşır
Polşada yaradılmış beynəlmiləl orkestr qastrol səfərlərinə hazırlıq görür.
AZƏRTACxəbər verir ki, "I, CULTURE Orchestra” kollektivi Polşa və Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan olan gənclərdən ibarətdir. Orkestrin özəlliyi ondadır ki, buradakı hər bir ifaçı öz ölkəsinin milli musiqisindən bir şeylər gətirir.
Musiqiçilər ildə cəmi bir neçə həftə birlikdə fəaliyyət göstərir və bu müddətdə dünyanın ən iri zallarında konsertlər verirlər. Orkestrə hər dəfə dünya şöhrətli fərqli dirijorlar rəhbərlik edir.
Hazırda kollektiv Varşavada verəcəyi konsertə hazırlıqlara başlayıb.

banner

Oxşar Xəbərlər