• çərşənbə axşamı, 16 aprel, 14:32
  • Baku Bakı 19°C

Polşada NATO batalyonunun yerləşdirilməsinə başlanılıb

23.11.16 10:48 710
Polşada NATO batalyonunun yerləşdirilməsinə başlanılıb
PolşadaNATO-nun 1200 nəfərlik batalyonunun yerləşdirilməsinə başlanılıb. Prosesin 2017-ci ilin yanvarında başa çatacağı gözlənilir.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Antoni Maçereviç bildirib.
İsraildə səfərdə olan nazir jurnalistlərə PolşadaNATO-nun 1200 hərbçisinin yerləşdiriləcəyini bildirib. Onlardan 1000 nəfərinin amerikalı olacağı bildirilir. "Onların dislokasiyası başlayıb. Yanvarda başa çatmalıdır”, – deyə nazir bildirib.
Nazir batalyonun Ojijedə yerləşdiriləcəyini xatırladıb: "Alyansın şərq cinahında bütün batalyonların fəaliyyətinə rəhbərlik edəcək mənzil-qərargahı Polşanən Elblonq şəhərində yerləşəcək. Amerikalılardan başqa batalyonun tərkibində rumıniyalı və britaniyalı hərbçilər də xidmət çəkəcək”.
NATobatalyonunun istifadəsinə Polşanın "RT-91” tanklarının veriləcəyi bildirilir.
banner

Oxşar Xəbərlər