• cümə axşamı, 25 aprel, 12:49
  • Baku Bakı 23°C

Polşada gənclər Şərq Tərəfdaşlığının gələcəyini müzakirə ediblər

08.04.19 10:15 313
Polşada gənclər Şərq Tərəfdaşlığının gələcəyini müzakirə ediblər
"Yeni nəsil” Gənclər Sammitinin ilk buraxılışı Şərq Tərəfdaşlığının yaranmasının 10-cu ildönümünə həsr edilib.
AZƏRTACxəbər verir ki, Varşavadakı Avropa Kollecində keçirilən tədbirin təşkilatçıları Avropa Qonşuluq Siyasəti Assosiasiyasının üzvləri olublar.
Tədbirə kollecin 40-a yaxın tələbəsi, həmçinin Avropa İttifaqının və Şərq Tərəfdaşlığına daxil olan 6 ölkənin - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynadan olan ictimai xadim və gənc mütəxəssis qatılıb.
Sammit çərçivəsində keçirilən panellərdə tərəflər arasında institusiyaları gücləndirmək və yaxşı idarəetmə, iqtisadi inkişaf, bazar imkanları yaratmaq, enerji səmərəliliyi, ekoloji və iqlim dəyişikliyi, hərəkətlilik və əlaqələrin gücləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər