• cümə axşamı, 28 mart, 14:02
  • Baku Bakı 16°C

Polşada gənclər gəlir vergisindən azad ediliblər

31.07.19 09:00 3509
Polşada gənclər gəlir vergisindən azad ediliblər
Polşa hökuməti iyulun 30-dan etibarən bu ölkədə yaşayan və çalışan 2 milyona yaxın gənc vətəndaşını gəlir vergisindən azad edib. Buna səbəb gənc kadrların sürətlə ölkəni tərk etməsidir.
AZƏRTACxəbər verir ki, 26 yaşadək olan gənc polyaklar ildə orta hesabla 85 min 528 zlotı (22 min 547 dollar) qazanır. Artıq avqustun 1-dən etibarən gənclər yeni ay üçün əməkhaqlarından tutulan aylıq 18 faiz vergidən azad olacaqlar.
Bu məsələ ilə bağlı parlamentdə çıxış edən Baş Nazir Mateus Moraveskiy bildirib ki, son 15 ildə Polşanı 1,7 milyon gənc mütəxəssis tərk edib. Bu rəqəm Varşavanın əhalisi qədərdir və ölkə iqtisadiyyatına, habelə demoqrafik artıma ciddi zərbə vurur.
Lakin ölkənin bəzi siyasi qüvvələri bu qərardan narazılıqlarını ifadə ediblər. Belə ki, onlar güzəştin 26 yaşdan sonra ləğv olunacağı halda baş verəcəklərdən narahatlıqlarını dilə gətiriblər.
Polşalı miqrantların ən çox üz tutduqları ölkə isə Böyük Britaniyadır. Bu ölkədə təxminən 1 milyon polyak yaşayır.
banner

Oxşar Xəbərlər