AZE | RUS | ENG |

Polşa vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Polşa vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Polşa vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb.

O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının "Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892