• cümə axşamı, 28 mart, 17:17
  • Baku Bakı 16°C

Polşa partiyaları seçkilərə hazırlaşır

08.10.19 12:00 450
Polşa partiyaları seçkilərə hazırlaşır
Polşada parlament seçkilərinə bir həftə qalır.
AZƏRTACxəbər verir ki, hakimiyyətdə olan Mühafizəkar Hüquq və Ədalət Partiyası aparılan sorğularda lider mövqeyini qorumaqdadır. Onların əsas seçki vədi minimum əmək haqqının ikiqat artırılması, pensiya ödənişləri və fermerlərə subsidiyaların çoxaldılmasıdır.
Krosno şəhərində keçirilən qurultayda partiya sədri Yaroslav Kaiçinski Polşanın xristian və ənənəvi dəyərlərini qoruyacağını bir daha vurğulayıb. O bildirib ki, onun partiyası ölkədə demokratiyanın qorunmasını istəyir.
Mövcud hökumətə qarşı çıxan ən böyük müxalifət partiyası isə "Vətəndaş Platforması”dır. Onlar Varşavada keçirdikləri qurultay zamanı vətəndaşların rifah halının yaxşılaşdıracaqlarını vəd ediblər.
Polşada müxalifət qüvvələrin vəziyyəti son günlərdə çıxan siyasi qalmaqaldan sonra bir az pisləşib. Belə ki, "Vətəndaş Platforması”nın lideri Slavomir Noymanın partiyanın digər üzvləri ilə söhbətinin audioyazısı mətbuata çıxıb. Audioyazıda Noyman həmfikirlərinə zəmanət verir ki, partiyası qalib gəldiyi təqdirdə öz üzvlərini qanun qarşısında problem yaranacağı təqdirdə qoruyacaq və onların məhkəmələrə düşməsinə imkan verməyəcək.
Səsyazmanın aşkara çıxmasından sonra Slavomir Noyman təcili istefa verməli olub.
banner

Oxşar Xəbərlər