AZE | RUS | ENG |

Polşa hökuməti yenidən quru sərhədlərini ciddi nəzarətə götürür

Polşa hökuməti yenidən quru sərhədlərini ciddi nəzarətə götürür
Polşa hökuməti sərhədlərini müddətli olaraq ciddi nəzarətə götürəcək.
 
AZƏRTAC xəbər verir ki, buna səbəb fevralın 13-14-də ölkədə keçiriləcək Yaxın Şərqdə təhlükəsizlik sammitidir. Sammit ABŞ ilə ortaq reallaşdırılacaq.
Ölkəyə girişdə viza tələb olunan sakinlərlə yanaşı, viza tələb olunmayan Şengen zonasının vətəndaş və rezidentləri də ciddi yoxlamadan keçəcəklər. Polşa Daxili İşlər Nazirliyinin və Sərhəd Xidmətinin rəsmi məlumatlarında bildirilir ki, nəzarət fevralın 10-dan 16-dək həyata keçiriləcək. Həmçinin Varşavada həmin müddətdə icazəli silahın daşınması da qadağan olunub. Bununla bağlı ölkənin baş naziri xüsusi sərəncam imzalayıb.
 
Polşa bu cür müdafiə və yoxlama tədbirlərini son illərdə ölkədə baş tutan bütün beynəlxalq əhəmiyyətli tədbirlər zamanı tətbiq edir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916