• cümə, 29 Mart, 04:08
  • Baku Bakı 7°C

Polşa Aİ-nin proqramı üzrə qaçqınları qəbul etməkdən imtina edib

15.10.17 20:15 2513
Polşa Aİ-nin proqramı üzrə qaçqınları qəbul etməkdən imtina edib
Polşa Avropa İttifaqının yeni məskunlaşdırma proqramı çərçivəsində qaçqınları qəbul etməyəcək.
APA-nın məlumatına görə, bu barədə PAR agentliyi Polşa daxili işlər naziri Mariuş Blaşaka istinadən məlumat yayıb.
M. Blaşak deyib ki, Polşa artıq ukraynalıları qəbul edib və həmin ukraynalılar hazırda Polşadadırlar. Daxili işlər nazir Polşa üçün vacib məsələnin təhlükəsizlik olduğunu vurğulayıb. M. Blaşak hesab edir ki, qaçqınların məskunlaşdırılması effektiv mexanizm deyil, Asiya və Afrikadan Avropaya yeni miqrasiya axınını stimullaşdırır və Polşa üçün risk yaradır.
Qeyd edək ki, 2015-ci ilin sentyabrındaAvropa İttifaqıİtaliya və Yunanıstana üz tutan 160 min qaçqının kvota prinsipi ilə digərAvropa İttifaqıölkələrində məskunlaşdırılması barədə 2 illik proqram qəbul edib.Avropa İttifaqıindiyə qədər bu qaçqınların 20 faizindən azını məskunlaşdıra bilib.
banner

Oxşar Xəbərlər