• şənbə, 20 Aprel, 02:13
  • Baku Bakı 15°C

Polşa ABŞ-dan 414 milyon dollara HIMARS raket qurğuları alacaq

10.02.19 20:42 528
Polşa ABŞ-dan 414 milyon dollara HIMARS raket qurğuları alacaq
Polşa ABŞ-dan HIMARS raket qurğuları almaq barədə qərar qəbul edib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib.
"Çərşənbə günü biz ABŞ-la HIMARS sistemlərinin çatdırılması barədə müqavilə imzalayacağıq. Bu, silahlarla birgə 20 buraxılış qurğusundan ibarət olacaq”, - deyə nazir qeyd edib. Polşanın bütün sistem üçün 414 milyon dollar ödəyəcəyini deyən Blaşakın sözlərinə görə, bu, yaxşı qiymətdir.
HIMARS (High Mobility Artillery Rocket System) 300 kilometrədək məsafədə hədəfi vura bilən raket sistemidir. Raket qurğusu yüngül zirehli avtomobil üzərində yerləşdirilir.

banner

Oxşar Xəbərlər