“Polonez”lər Azərbaycan Ordusunun silahlanmasına daxil edilib - Fotolar - Video
"Polonez” reaktiv atəş sistemləri Azərbaycan Ordusunun silahlanmasına daxil edilib.
Bu barədəAPA-ya MN-dən məlumat verilib.
Məlumatda bildirilir ki, 301 mm-lik "Polonez”lər Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilib.