Politoloq:

Politoloq: "Patruşevin istənilən ölkəyə səfəri adi gəzinti sayılmır"

Cəmiyyət
10 Avqust 2019, 22:23 5690
"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev avqustun 12-də İrəvana gedəcək. Patruşev İrəvana formal olaraq erməni həmkarı Armen Qriqoryanın dəvət ilə gedir, çünki bir il əvvəl Ermənistanın Təhlüksəzilik Şurasının katibi özü Moskvaya səfər edib rusiyalı həmkarını İrəvana dəvət etmişdi".
 
Bu barədə politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində yazıb.
 
O qeyd edib ki, N.Patruşevin istənilən ölkəyə səfəri adi gəzinti sayılmır. Patruşev ölkəsində əsas vəzifələrdən birinin sahibi olmaqla yanaşı Kreml sahibi Vladimir Putinin dostudur və Rusiya prezidentinin xüsusi və açıq danışılmayan tapşırıqlarını həyata keçirir. Hazırda Moskvanı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətində iki istiqamət narahat edir. Birincisi, Paşinyan Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir, ikincisi, Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki "prezident seçkisində” öz adamını otuzdurmağa çalışır, Moskva bunu da istəmir. Patruşev böyük ehtimalla Ermənistan hakimiyyətinin diqqətinə bu iki məsələni çatdıracaq".

Politoloq vurğulayıb ki, Paşinyan hər iki məsələdə israrlıdır: "Köçəryanı həbsdən buraxsa "Qarabağ klanının” simasında qarşısındakı müxalifət güclənəcək. Dağlıq Qarabağda isə öz adamını ona görə otuzdurmağa çalışır ki, ona qarşı qiyam Xankədidən başlamasın. Ancaq Paşinyan bunları həyata keçirərkən Moskvanın maraqları ilə tərs düşür və bu tərsliyin Ermənistanın baş nazirinə necə baha başa gələ biləcəyini anlatmaq üçün Patruşev İrəvana gedir".