“Fransa danışıqlar prosesində konstruktiv mövqe tuta bilməz”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan ŞahinoğluisəAPA-ya deyib ki,FransanınATƏT-in Minsk qrupunun həmsədri kimi fəal olması anlaşılan olsa da, F. Ollandın erməni həmkarını martda Ermənistana dəvət etməsi anlaşılmazdır: "ÇünkiFransua Ollandapreldə prezident kürsüsü ilə vidalaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Sarkisyanın Fransaya səfərinin elə bir əhəmiyyəti olmayacaq. Hətta hər hansı bir təklifi olsa belə bu bir ayda reallaşa bilməz. Olland ikinci dəfə prezidentliyə namizədliyini də verməyəcək deyəsən ki, erməni lobbisinin səsinə ehtiyacı var. Bütün bunlar Ollandın erməni vurğunluğundan irəli gəlir”.
E. Şahinoğlu bildirib ki, Fransa prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar Fransanın tərəfsiz olmadığının sübutudur: "Fransa Ermənistanın mövqeyini dəstəkləyir. Azərbaycanın mövqeyi belədir ki, ancaq Azərbaycan torpaqları daxilində öz müqəddəratını təyin etmə ola bilər. Amma Ollandın mücərrəd şəkildə müqəddəratı təyin etməkdən danışması əslində erməni separatçılarına dəstək anlamı daşıyır. Bu dırnaqarası "müstəqilliyə” aparan yoldur. Ona görə də Ollandın çıxışı ilə bağlı AzərbaycanXarici İşlər Nazirliyibəyanatla çıxış etməli və tələb etməlidir ki, Fransa bu mövqeyinə aydınlıq gətirsin görək, Fransa dövlət başçısı bu sözlərlə nə demək istəyir”.
Millət vəkili, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman NəsirovAPA-ya bildirib ki, FransaATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə bağlı prosesdə olduqca ehtiyatlı davranış nümayiş etdirməlidir: "Fransa prezidentiFransua Ollandın Sarkisyanı Fransaya dəvət etməsi və onunla Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar aparacağı haqda məlumatlar yayılıb. Təki Fransa burada obyektiv mövqedə dayansın və həmsədr kimi Ermənistana müəyyən təsirlər göstərsin. Çünki 2014-cü ilin oktyabrında Fransa prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Amma bu görüşdən heç 2 həftə keçmədi ki, Ermənistan görüşün mahiyyətini alt-üst edən növbəti təxribata əl atdı. Bununla da Ollandın təşəbbüsü faktiki olaraq heçə enmiş oldu. Ona görə Olland bu reallığı nəzərdən qaçırmamalıdır ki, faktiki olaraq onun təşəbbüsünü puç eləyən Ermənistan prezidentiSerj Sarkisyanolub”.
Millət vəkili Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə F. Ollanda ermənilərin münaqişəsinin həlli ilə bağlı real proses haqda qeyri-obyektiv məlumatlar çatdırdıqlarını vurğulayıb: "Bu haqda məlumatlar var. Amma Ollandın da bir çox hallarda reallıqdan uzaq yanaşmaları diqqəti cəlb edir. Həmin görüşdə Fransa prezidenti münaqişənin tənzimlənməsində xalqların öz müqəddəratını təyin etmək hüququna istinad edib. Kütləvi informasiya vasitələrində bu məsələ qabardılıb. Olland həqiqətən ərazi bütövlüyü prinsipi məsələsini deməyib, yoxsa bu erməni mətbuatının növbəti dezinformasiyasıdır, bunları söyləmək bir qədər çətindir. Fransa prezidenti bu ilin yazında öz postundan gedəcəyinin fərqindədir. Bu nöqteyi-nəzərdən bəzən Qərb ölkələrində vəzifəsi ilə vidalaşan yüksək rütbəli dövlət məmurlarının çıxışlarında obyektivlikdən bir qədər uzaq, qərəzli yanaşmalar daha çox özünü göstərir. Bunu biz ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin timsalında görmüşük. Bəlkə də Olland Fransadakı çox güclü erməni diasporunun xoşuna gəlmək üçün ehtiyatsız bəyanatlarla çıxış edir”.