• cümə axşamı, 25 aprel, 19:30
  • Baku Bakı 21°C

Polislərə bıçaqla müqavimət göstərən qardaşlar tutuldu

28.08.13 11:28 1268
Polislərə bıçaqla müqavimət göstərən qardaşlar tutuldu
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 27-də Mingəçevir şəhəri Təbriz küçəsində Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı və 315-ci maddələri ilə axtarışda olan Fikrət Gülməmmədov qardaşı Bəxşeyişin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşında saxlanılıb. Bu zaman onlar polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstəriblər.
F. Gülməmmədov və qardaşı Baxşeyiş tutulub, avtomaşına baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.
banner

Oxşar Xəbərlər