• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

Polislər yığmanın üzvünü zorlayıblar

28.08.19 13:30 4593
Polislər yığmanın üzvünü zorlayıblar
Rusiyada biabırçı olay yaşanıb.
Kaspi.az xəbər verir ki, Rusiyanın U-17 yığmasının voleybolçusu 3 polis əməkdaşı tərəfindən zorlanıb. Hadisə Anapa yaxınlığındakı Vityazevo şəhərində baş verib. Orda Rusiya çempionatı keçirilir.
Voleybolçu tanışı ilə dəniz kənarına gəzintiyə çıxıb. Onlar sahildə öpüşərkən polislərin diqqətini çəkiblər. Oğlan dərhal hadisə yerindən qaçıb.
Polislər yeniyetmə qızı şantaj edərək bildiriblər ki, ictimai yerdə qeyri-etik hərəkətə yol verib və məşqçiyə bu barədə məlumat verəcəklər.
Beləcə, voleybolçunu cinsi əlaqədə olmağa məcbur ediblər. Artıq hadisə ilə bağlı araşdırma başlayıb. Polisləri orqandan xaric ediblər. Anapanın polis rəisi də vəzifəsindən çıxarılıb.
banner

Oxşar Xəbərlər