AZE | RUS | ENG |

Polisi qaraçı reydinə başladı: tutulanlar var

Polisi qaraçı reydinə başladı: tutulanlar var
Şəki polisi müqəddəs Ramazan ayında ziyarətgah və qəbiristanlıqların qarşısında dilənən qaraçıları tutub


Reydlərdə insanların dini həssaslığından istifadə edərək pul qazanan 80-a yaxın dilənçi saxlanılıb. Saxlanılanların hamısı Yevlax və Ağdaş rayonunun sakinləridir, onların da əkəsriyyətini qadınlar və azyaşlı uşaqlar təşkil edir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Bu insanlar mütəmadi olaraq, dini bayramlar ərəfəsində Şəkiyə gəlir, dilənərək insanlardan pul qoparırlar. Bundan başqa, qaraçılar yaşayış evlərini gəzir, özlərini falçı kimi təqdim edərək evlərə daxil olurlar. Bu yolla insanların etibarından istifadə edərək, pul və qızıl-zinət əşryalarını oğurlamaqla məşğul olurlar. Dəfələrələ bu cür cinayətlərlə bağlı polis orqanlarına müraciətlər daxil olub.

Maraqlıdır ki, qaraçıların özləri bu məşğuliyyətə, sadəcə, çörək pulu qazanmaq yolu kimi baxır. Qaraçılar asan pul qazanmaq yolu kimi seçdiyi bu məşğuliyyəti biznesə çevirib. Onlar məşğuliyyəti üçün şablon sözlər seçir, müxtəlif donlara girirlər. Müəyyən zonalarda etibarı itirdikdən sonra isə onlar fəaliyyət zonalarını dəyişirlər. Müxtəlif rayonlara səfərlərini təmin etmək üçün isə onların xüsusi nəqliyyat vasitələri və sürücüləri də var. Şəki polisi qaraçılarla yanaşı, onları nəqliyyatla təmin edən sürücüləri də saxlayıb. Sakinlərdən belə insanların yalanlarına inananmamaq, cinayət halları ilə qarşılaşdıqla dərhal polisə məlumat vermək xahiş olunur.

Qeyd edək ki, qaraçıların çirkin əməllərinin və baş verə biləcək oğurluq hallarının qarşısını almaq üçün Şəki polisi bayram günləri ərzində reydləri davam etdirəcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000