AZE | RUS | ENG |

Polisə silahlı müqavimət göstərən keçmiş məhkum zərərsizləşdirilib

Polisə silahlı müqavimət göstərən keçmiş məhkum zərərsizləşdirilib
Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.   DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A. Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb, hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyənləşib.   Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  Z. Əliyevin paytaxtın N. Nərimanov rayonu ərazisində gizləndiyi müəyyənləşib və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.
 
Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z. Əliyevi zərərsizləşdirib. Onun üzərindən 1 ədəd "Makarov” markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311