AZE | RUS | ENG |

Polis və DTX Bakıda əməliyyat keçirib, civə satmaq istəyən şəxslər tutulub

Polis və DTX Bakıda əməliyyat keçirib, civə satmaq istəyən şəxslər tutulub
İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb.
 
DIN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri, Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.
 
Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib.  Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb,  araşdırmalar davam etdirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6924
GBP 1 İngilis funt sterlinqi 2.2228
TRY 1 Türk lirəsi 0.3533
KWD 1 Küveyt dinarı 5.6122
SEK 1 İsveç kronu 0.1918
EUR 1 Avro 1.9801
CHF 1 İsveçrə frankı 1.7014
USD 1 ABŞ dolları 1.7000