• cümə, 26 Aprel, 09:04
  • Baku Bakı 12°C

Polis sürücülərə cərimə ödəmək əvəzinə yolda durmağı təklif edir

27.09.19 11:45 805
Polis sürücülərə cərimə ödəmək əvəzinə yolda durmağı təklif edir
Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.
AZƏRTACxəbər verir ki, sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq "sakitləşdirici tənəffüs” adlandırıblar.
Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir.
banner

Oxşar Xəbərlər