• cümə, 26 Aprel, 17:40
  • Baku Bakı 23°C

Polis şöbəsində kişinin ürəyi partladı

19.08.14 11:54 853
Polis şöbəsində kişinin ürəyi partladı
Şöbədə saxlanılan 61 yaşlı Məhərrəm Abbasov qəfildən dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasovun səhhəti kəskin pisləşib. Kəskin ürək ağrıları ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Abbasov infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər