• cümə axşamı, 28 mart, 16:29
  • Baku Bakı 16°C

Polis Salahı təhqir edən fanatı axtarır

08.08.19 11:28 8313
Polis Salahı təhqir edən fanatı axtarır
"Liverpul”un futbolçusu Məhəmməd Salah internetdə irqçi təhqirə məruz qalıb.
Kaspi.az xəbər verir ki, Salahı təhqir edənin "Everton” azarkeşi olduğu bildirilir. Artıq Mersisayd polisi məsələ ilə bağlı araşdırmaya başlayıb. Polis həmin fanatı axtarır. İnsidentlə bağlı polisin yaydığı açıqlamada deyilir:
"Nifrət zəminində hər hansı bir hərəkət yolverilməzdir. İnternetdən istifadə edərək başqalarını təhqir edənlər başa düşməlidirlər ki, qaydaları pozurlar və buna görə də qanun qarşısında cavab verməlidirlər”.
"Everton” rəhbərliyi də məsələyə reaksiya verib. Klubun açıqlamasında bildirilir ki, günahkarın tapılması üçün polisə kömək etməyə hazırdırlar.
banner

Oxşar Xəbərlər