AZE | RUS | ENG |


Polis rəisinin müavinindən pul tələb edən qadın məhkəmə zalında həbs edilib

Polis rəisinin müavinindən pul tələb edən qadın məhkəmə zalında həbs edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Bildirilib ki, V. Dadaşova ibtidai sinfə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib. İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V. Dadaşova onları şantaj edib və barələrində internetdə məlumatlar yerləşdirib. Zərərçəkmiş şəxslər onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyiblər.

Dövlət ittihamçısı Fərid Nağıyev də məhkəmədən V. Dadaşova barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
 
Müşavirədən sonra qərar elan edilib. Qərara görə, V. Dadaşova barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.
 
Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.
 
 
Qeyd edək ki, zərərçəkmiş  şəxslərdən biri Pərviz İsmayılov İsmayıllı rayon Polis Şöbəsinin rəis müavinidir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001