• şənbə, 20 Aprel, 09:53
  • Baku Bakı 14°C

Polis rəisi “Nida“çı qızın intihar intiharından danışdı

09.05.13 12:04 3805
Polis rəisi “Nida“çı qızın intihar intiharından danışdı
"Təəssüflər olsun ki, mətbuat heç bir araşdırma aparmadan Nilufər Məhərrəmovanın intiharına səbəb kimi onun siyasi mövqeyini göstərib. Mən polis rəisi olaraq bəyan ediəm ki, o qızı ümumiyyətlə, tanımamışıq. Yalnız intihar baş verən gün kimliyi və ünvanı bizə bəlli olub. Ona heç bir təzyiqdən söhbət gedə bilməz”.
Bu sözləri "Bizim yol”a açıqlamasında Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov deyib. Polis rəisi intiharın səbəblərinin istintaq zamanı bəlli olacağını deyib.
Qeyd edək ki, iki gün əvvəl "Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız intihar edib. Bu barədə ilk xəbəri Nilufər Məhərrəmovanın dostları "Facebook"da yazıblar. İntiharın təfərrüatlarına gəlincə, hər şey Nilufər Məhərrəmovanın bloq yazısından sonra başlayıb. O, öz bloqunda "Sivil demokratik ve hüquqi dövlət uğrunda" adlı məqaləsini paylaşıb. Bundan sonra gənc qıza təzyiqlər başlayıb. Hətta, onun polis əməkdaşları tərəfindən döyüldüyü barədə iddialar da var. Nəticədə, Nilufərin evdə anası ilə mübahisəsi yaranıb. Mübahisədən dərhal sonra isə qız özünü altıncı mərtəbədən atıb.
banner

Oxşar Xəbərlər