• cümə, 26 Aprel, 23:45
  • Baku Bakı 22°C

Polis kapitanını bıçaqlayıb qaçan şəxs həbs edilib

12.03.14 10:14 1028
Polis kapitanını bıçaqlayıb qaçan şəxs həbs edilib
Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala RPŞ-nin əməkdaşı, polis kapitanı Anar İsa oğlu Zeynalovu bıçaqlayaraq hadisə yerindən qaçan, 1991-ci il təvəllüdlü, Zaqatala şəhər Dağıstan küçəsi ev 14-də yaşayan Ceyhun Camal oğlu Camalov həbs edilərək istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, Ceyhun Camalov şəhər ərazisində Nərmin adlı qıza söz atıb və onların arasında mübahisə düşüb. Bu zaman ərazidən avtomobillə keçən Anar Zeynalovu görən Nərmin onu köməyə çağırıb. Polis kapitanı Anar Zeynalov Ceyhun və Nərmin arasında olan mübahisəyə müdaxilə edən zaman Ceyhun əlindəki bıçaqla polis kapitanına çoxsaylı bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb.
Qeyd edək ki, Zaqatala RPŞ-nin əməkdaşı, polis kapitanı Anar Zeynalov martın 11-i axşam saat 19:35 radələrində çoxsaylı bıçaq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Anar Zeynalovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər