“Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr edilib
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki
Komissiyası müxtəlif seçki subyektlərinin maarifləndirilməsi proqramı
çərçivəsində "Polis
əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd polis
əməkdaşlarının bələdiyyə seçkilərindəki fəaliyyətinin daha da
təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövrü, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsi