• cümə axşamı, 25 aprel, 05:48
  • Baku Bakı 19°C

Polis bu gənc qadın meyitinin kimliyini araşdırır

31.07.13 15:25 3325
Polis bu gənc qadın meyitinin kimliyini araşdırır
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 30-da Bakı şəhərinin Şüvəlan qəsəbəsi ərazisində təxminən 25-30 yaşlı naməlum qadın meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır. Keçirilən əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin meyitin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Polisdən həmçinin meyitin fotosunu da APA-ya təqdim ediblər. Meyiti tapılan şəxsin boyu 158 sm, saçları qara, gözləri qəhvəyi rənglidir. Üst çənə nahiyəsində 2 qızıl dişi var, əynində göy rəngli jilet, üzərində müxtəlif yazıları olan qara mayka, göy rəngli cins yubka olub.
Meyitin kimliyi barədə məlumatı olanlardan DİN-in "102" Xidmətinə və (012) 433-38-02, 433-38-17 nömrəli şəhər telefonları ilə Su Nəqliyyatında Polis İdarəsinə zəng etmələri xahiş olunur.
banner

Oxşar Xəbərlər