Polis bölməsindəki ölüm faktına aydınlıq gətirildi

Polis bölməsindəki ölüm faktına aydınlıq gətirildi

Kriminal
03 Oktyabr 2012, 11:38 1105
Məlumatda bildirilir ki, sentyabrın 1-dən 2-ə keçən gecə Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Korobeynikov Rauf Aydın oğlu və 1996-cı il təvəllüdlü Əliyev Amil Eldar oğlu Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsində mağazadan, qapını sındırmaq yolu ilə ərzaq məhsulları, səhər saat 5 radələrində Bakıxanov qəsəbəsində «Yeddi gözəl» mağazasından, satıcının yatmasından istifadə edərək, iki ədəd mobil telefon oğurlayıb, saat 5.30 radələrində həmin qəsəbənin Bakıxanov parkında 1995-ci il təvəllüdlü Yəhyayev Namiq Əsəd oğlunu bıçaqla hədələyərək zor tətbiq etməklə, mobil telefonunu quldurluq yolu ilə talayıblar.

Həmin gün Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayətləri törətməkdə şübhəli olan R. Korobeynikov və A. Əliyev müəyyən olunaraq polisə gətirilib və Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə başlanmış cinayət işi üzrə müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saat 16 radələrində şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən olunub ki, CM-nin 177.2.2 , 172.2.3, 85.2 və 69.4 maddələri ilə Sabunçu Rayon Məhkəməsinin 10.10.2008-ci il tarixli, eləcə də CM-nin 172.2.3 maddəsi ilə Nizami Rayon Məhkəməsinin 11.06.2012-ci il tarixli hökmləri ilə əvvəllər məhkum olunmuş A. Korobeynikov 1 salı ruhi-əsəb dispanserində məcburi müalicə kursu da keçib.

02.10.2012-ci il tarixdə axşam saat 20 radələrində A. Korobeynikov müstəntiqin otağında sahə inspektorunun və zərərçəkmiş N. Yəhyayevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən qəflətən özünü pis hiss edib, təcili tibbi yardımın çağırılmasına və bütün zəruri tibbi yardımın göstərilməsinə baxmayaraq, ilkin rəyə görə, ürək çatışmazlığından vəfat edib.

Mərhumun meyiti ekspertizaya göndərilib və yaxınlarının iştirakı ilə baxış keçirilərkən onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb.

Hazırda Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.