• çərşənbə axşamı, 23 aprel, 17:17
  • Baku Bakı 24°C

Polis Bakıda əməliyyat keçirdi, keçmiş məhkumda odlu silah və sursat aşkarlandı

11.02.19 13:15 559
Polis Bakıda əməliyyat keçirdi, keçmiş məhkumda odlu silah və sursat aşkarlandı
Bakı sakini küçədə silah-sursatla yaxalanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər