• cümə, 29 Mart, 01:09
  • Baku Bakı 7°C

Polis Araz Abdullayevi saxladı

15.04.14 13:42 1218
Polis Araz Abdullayevi saxladı
Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçi Araz Abdullayev bu dəfə də oxşar hərəkət edib.
Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında futbolçu polislər tərəfindən saxlanılıb.
Araz maşını idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. YPX əməkdaşları Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var.
banner

Oxşar Xəbərlər