• cümə axşamı, 25 aprel, 21:43
  • Baku Bakı 21°C

Polis 6 uşaq anasının qollarına qandal vurdu

08.07.13 14:14 3845
Polis 6 uşaq anasının qollarına qandal vurdu
Tərtər rayon Polis Şöbəsi isti izlərlə rayonun İravanlı kənd sakini Mayis Əliyevin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxsi saxlayıb. Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, həmin şəxs Yevlax şəhər sakini Leyla Nadirovadır.
İstintaqa etdiyi cinayət əməlini etiraf edən L.Nadirovadan cəmi 1000 manat dəyərində olan 2 ədəd qızıl boyunbağı və üzük maddi sübut kimi götürülüb. Altı uşaq anası Leyla Nadirova dilənçilik edərkən qapını bağlı gördüyünə görə evə daxil olduğunu və oğurluq etdiyini bildirib.
Tərtər polisi saxlanılan şəxsin digər cinayətlərdə iştirak edib-etmədiyini yoxlayır. Hazırda rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi acılıb və araşdırma davam edir.
banner

Oxşar Xəbərlər