• şənbə, 20 Aprel, 14:32
  • Baku Bakı 23°C

Polad Bülbüloğlu: "Bakı və Moskva terrorçuluğa qarşı gündəlik iş aparır"

06.10.16 17:31 991
Polad Bülbüloğlu: "Bakı və Moskva terrorçuluğa qarşı gündəlik iş aparır"
"Bakı və Moskva terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin koordinasiyası üzrə gündəlik iş aparır".APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, bu proses çox aktiv şəkildə gedir: "İki ölkənin daxili işlər nazirlikləri və xüsusi xidmət orqanları arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Bu yaxınlarda BakıdaMDBölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçirilib. Yaxın Şərqdə və Avropada baş verən hadisələr, iqtisadi böhran ən mənfi və gözlənilməz nəticəni verə bilər. Hər bir ölkə ayrılıqda terrorizmlə mübarizənin öhdəsindən gələ bilməz. Üstəlik, terrorMDBsərhədinə yaxınlaşıb. Bu baxımdan qarşılıqlı əməkdaşlıq Azərbaycanla Rusiya və Azərbaycanla Qazaxıstan arasında mövcuddur”.
banner

Oxşar Xəbərlər