• şənbə, 20 Aprel, 19:53
  • Baku Bakı 24°C

Pol Manafort 47 ay müddətinə həbs cəzasına məhkum edilib

08.03.19 18:00 611
Pol Manafort 47 ay müddətinə həbs cəzasına məhkum edilib
Martın 8-də Virciniya dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın seçki qərargahının sabiq başçısı Pol Manaforta hökm çıxarıb. Məhkəmə vergi ödəmələrindən yayındığına və maliyyə fırıldaqlarına görə onu 3 il 11 ay müddətinə azadlıqdan məhrum edib. P.Manafort məhkəmədən ona mərhəmət göstərilməsini xahiş edib, lakin onun xahişi rədd edilib.
Martın 13-də Manafortun ikinci işi üzrə məhkəmənin qərarı gözlənilir. O, dövlət əleyhinə iş birliyində, saxta ifadələr verilməsində, "Xarici agentlərin qeydiyyata alınması haqqında” qanun çərçivəsində müvafiq qeydiyyatı olmayan xarici agentlə qanunsuz işləməkdə ittiham olunur. Manafortun həbsdə saxlanılması müddətinin xeyli uzadılacağı istisna olunmur.
banner

Oxşar Xəbərlər