AZE | RUS | ENG |

“Pokemon. Detektiv Pikaçu” premyeradan 3 gün öncə “CinemaPlus”da nümayiş olunub

“Pokemon. Detektiv Pikaçu” premyeradan 3 gün öncə “CinemaPlus”da nümayiş olunub
 
"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında premyeradan 3 gün öncə məşhur "Pokemon. Detektiv Pikaçu” animesinin kinoadaptasiyası nümayiş olunub.
Qonaqlar arasında uşaqlar da var idi. Tədbirdə balaca qonaqların üzünə Pikaçu obrazını çəkən rəssam iştirak edirdi.
Rejissor Rob Lettermanın amerikan-yapon istehsallı və komediya-fantastik janrlı filmi Pokemon videooyunu əsasında çəkilib.
Filmin süjetinin mərkəzində məşhur ekstra-səviyyəli özəl detektiv Qarri Qudmanın (Pol Kitson) oğlu 21 yaşlı Tim Qudmandır (Castin Smit). Atasını tapmaq qərarı verən Tim, onun axtarışlarına başlayır və təsadüf nəticəsində öz keçmişindən heç bir şey xatırlamayan pokemon Pikaçu (Rayan Reynolds) ilə rastlaşır. Səylərini birləşdirən Tim və Pikaçu pokemonların insanlar ilə birgə yaşadığı Raym Sitinin küçələrinə yollanırlar.
Tədbirin təşkilində öz dəstəklərini Lunchef catering MMC və Ceylan MMC göstərmişdilər.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989