• şənbə, 20 Aprel, 06:43
  • Baku Bakı 14°C

Poçettino gedir?

16.10.18 14:50 1419
Poçettino gedir?
"Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonun komandanı tərk etmək ehtimalı var.
Kaspi.az xəbər verir ki, bu ehtimalı nəzərə alan klub rəhbərliyi argentinalı mütəxəssisə əvəzləyici tapıb. "Tottenhem” rəhbərliyi üstünlüyü "Bornmut”un baş məşqçisi Eddi Haya verib.
Hay "Bornmut”da 2012-ci ildən çalışır. O, bu müddətdə komandanı tarixində ilk dəfə olaraq Premyer Liqaya yüksəldib və elitada yerini möhkəmləndirib. "Bornmut” cari mövsümdə 8 turdan sonra 6-cı pillədə qərarlaşıb.
Poçşettino ilə ötən mövsüm "Real” ciddi maraqlanırdı. Ancaq həmin vaxt "Tottenhem”in prezidenti Deniel Levi onu buraxmamışdı. "Karl klubu”nun ona yenə də maraq göstərdiyi bildirilir. Üstəlik, "Mançester Yunayted”in də argentinalı mütəxəssisin xidmətində maraqlı olduğu bildirilir.
banner

Oxşar Xəbərlər