• cümə axşamı, 25 aprel, 05:50
  • Baku Bakı 19°C

Pley-offa yüksələn ilk üç klubun adı müəyyənləşdi

16.09.20 09:15 619
Pley-offa yüksələn ilk üç klubun adı müəyyənləşdi
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
"Report"unməlumatına görə, ilk oyun günündə 3 qarşılaşmagerçəkləşib.
Günün ilk matçında Ukraynanın "Dinamo" klubu Kiyevdə Niderland AZ-sini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu Azərbaycan yığması ilə UEFA Millətlər Liqasında eyni qrupda yer alan Lüksemburq komandasının hücumçusu Jerson Rodriges vurub.
Qalan iki oyunda eyni hesab qeydə alınıb. II raundda Türkiyənin "Beşiktaş" komandasını mübarizədən kənarlaşdırmış PAOK Yunanıstanda Portuqaliya təmsilçisi "Benfika"nı da üstələməyi bacarıb.
"Gent" isəBelçikadaAvstriyanın "Rapid" (Vyana) komandasına qalib gəlib.
Bu mərhələ bir oyundan ibarət olduğu üçün Kiyev "Dinamo"su, PAOK və "Gent" Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib və ən azı Avropa Liqasının qrup mərhələsində yerlərini təmin edib.Qrup mərhələsinə gedən yolda "Gent" "Dinamo" ilə üz-üzə gələcək.PAOK-un rəqibi isə hələ məlum deyil.Görüşlər 22-23 və 29-30 sentyabrda olacaq.
AZ, "Benfika" və "Rapid" (Vyana) isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcəklər.
15 sentyabr
Çempionlar Liqası
III təsnifat mərhələsi
21:00. "Dinamo" (Kiyev, Ukrayna) - AZ (Niderland) - 2:0
Qollar:Jerson Rodriges, 49. Mikola Şaparenko, 87
22:00. PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar:Dimitris Yannulis, 64. Andriya Jivkoviç, 76 - RafaSilva, 90+5
22:30. "Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya) - 2:1
Qollar:Niklas Dorş, 37. Roman Yaremçuk, 60 - Yusuf Demir, 90+4
Qeyd edək ki, III təsnifat mərhələsinəbu gün 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər