• cümə axşamı, 28 mart, 23:35
  • Baku Bakı 13°C

"Platts": Azərbaycan 2019-cu ildə neft hasilatını artıra bilər

28.12.18 17:45 572
"Platts": Azərbaycan 2019-cu ildə neft hasilatını artıra bilər
Azərbaycan OPEK+ razılaşmasına baxmayaraq, 2019-cu ildə neft hasilatını artıra bilər.
Trend-in məlumatına görə, bu barədə "S&P Global Platts” agentliyinin hesabatında deyilir.
Hesabata əsasən "Şahdəniz” qaz-kondensat yatağından kondensat hasilatının artımı Azərbaycanın köhnə yataqlarında hasilatın azalmasını kompensasiya edəcək:
"Biz proqnozlaşdırırıq ki, Azərbaycanda neft və kondensat hasilatı 2019-cu ildə 10 min barel/sutkadan az olmayaraq artacaq. "Şahdəniz” yatağında kondensat hasilatı yatağın işlənməsinin ikinci mərhələsinin işə salınması ilə əlaqədar 30 min barel/sutka artacaq və orta hesabla 90 min barel/sutka təşkil edəcək”.
banner

Oxşar Xəbərlər