• çərşənbə, 17 Aprel, 03:56
  • Baku Bakı 14°C

Platini həbs edildi

18.06.19 12:46 617
Platini həbs edildi
UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.
Kaspi.az xəbər verir ki, Platini korrupsiyada ittiham olunur. O, DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsi ilə bağlı araşdırmalara görə şübhəli bilinərək həbs olunub.
Fransız futbol funksionerinin DÇ-2022-yə Qətər ev sahibliyi etməsi üçün rüşvət aldığı bildirilir. Bu hüquq Asiya ölkəsinə 2010-cu ilin dekabrında verilib. Platini Nanterrenin antikorrupsiya idarəsində saxlanılacaq.
Qeyd edək ki, M.Platini 2007-ci ildə UEFA prezidenti seçilib. O, FİFA-nın etika komitəsinin qərarı ilə 2015-ci ildə postundan kənarlaşdırılıb.
banner

Oxşar Xəbərlər