• şənbə, 20 Aprel, 07:22
  • Baku Bakı 14°C

Platini Blatteri ifşa etdi

31.03.17 11:05 726
Platini Blatteri ifşa etdi
UEFA-nın sabiq prezidenti Mişel Platini keçmiş FİFA prezidenti Jozef Blatter barədə danışıb. Kaspi.az xəbər verir ki, Platini Blatterə qarşı sərt ifadələr işlədib. O, sabiq FİFA prezidentinin yalnız özünü qoruduğunu vurğulayıb. Platini Blatterin eqoist olduğunu da deyib: "Blatter həmişə öz dərisini qoruyub. O, özündən başqa heç kimi müdafiə etməyib. Məni də heç vaxt qorumayıb. O, tanıdığım ən böyük eqoistdir.
Blatter həmişə mənə deyirdi ki, ən axırda sənin başını kəsəcəyəm. Adam ağır gələn odur ki, məni hamı ilə bir qəfəsə saldılar. Guya mən FİFA-dakı korrupsiyada iştirak etmişəm.
Bu gün mübarizə aparıram. Çünki pis heç nə etmədiyimi bilirəm. Ədalətin bərpa olunması üçün sona qədər də mübarizə aparacağam”.
Korrupsiyada ittiham olunan Platini 8 il müddətinə futbol təsərrüfatından uzaqlaşdırılmışdı. Sonradan apellyasiya şikayəti verən fransızın cəzası 6 ilə endirilib.
banner

Oxşar Xəbərlər