AZE | RUS | ENG |

Planetimizlə bağlı qorxunc proqnoz

Planetimizlə bağlı qorxunc proqnoz
Yer planetində anomal istilərin tüğyan edəcəyi, orta temperaturun 4-5 dərəcə yüksək olacağı proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, belə qənaətə bir qrup alim uzun araşdırmalardan sonra gəlib.

Alimlərin fikincə, kəskin istilər nəticəsində Yerin "istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür.

Bildirilir ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən böyük amildir, lakin təkcə bu, deyil. Belə ki, istiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılmasının dayandırılması zamanı da istiləşmə davam edə bilər.

Bu cür proseslərə buzlaqların əriməsi, okeanın dibindən metanın qalxması, bakterial tənəffüs intensivliyinin artması, Amazonda meşə massivinin azalması, Arktika və Antarktikada buzlaq sahələrinin azaldılması aiddir.

Qeyd edilir ki, istixana qazlarının atmosferə buraxılması zəncirvari reaksiyalara səbəb ola bilər. Bu zaman bəşəriyyət heç nə edə bilməyəcək.

Hesablamalara görə, 2100-cü ildə böyük şəhərlər su altında qalacaq, Maldiv kimi adalar da yoxa çıxacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000