• cümə, 19 Aprel, 04:09
  • Baku Bakı 18°C

“Planet Parni İz Baku”nun “Analoqu olmayan” konserti Park Cinemada!

18.06.14 14:38 3016
“Planet Parni İz Baku”nun “Analoqu olmayan” konserti Park Cinemada!
İyunun 19-dan Park Cinema kinoteatrlar şəbəkəsinin ekranlarında “Planet Parni İz Baku” KVN teatrının “Analoqu olmayan” yeni solo konsertinin nümayişinə başlanacaq.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, “Analoqu olmayan” yeni solo konsertin nümayişi tamaşaçıların istəklərini gerçəkləşdirmək niyyətindən irəli gəlir”. Bu, artıq Park Cinema və “Planet Parni iz Baku” KVN teatrının birgə gerçəkləşdirdikləri üçüncü layihədir. Xatırlayırsınızsa, ötən il bizim kinoteatr şəbəkəmizdə “Hər gün sirk” solo konserti nümayiş etdirilirdi. Həmin nümayişlər şəhərimizin sakinləri tərəfindən böyük maraqla qarşılandığından biz bu il də həmin təcrübədən istifadə etməyi qərara aldıq”, - deyə N.Quliyev qeyd edib. Onun sözlərinə görə bu cür nümayişlər həm tamaşaçılar, həm də artistlərin özləri üçün maraqlarına cavab verir. “Kinoteatr ekranlarında qiymətlərin ucuzluğu daha geniş tamaşaçı auditoriyasının “Analoqu olmayan” solo konserti izləməsinə şərait yaradır. Digər tərəfdən artistlər də öz əməklərinin bəhrəsini daha böyük auditoriyaya nümayiş etdirmək imkanı əldə edirlər”, - deyə Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru qeyd edib. Namiq Quliyev eyni zamanda konsertin videoyazısının xüsusi formatda hazırlandığını qeyd edərək vurğulayıb ki, “onun surətinin çıxarılması qeyri mümkündür və bu pirat videoyazıların bazara çıxmasına qarşı mübarizəyə də öz töhfəsini verir”.
Namiq Quliyev şəhərimizin bütün sakinlərinin bu ilin aprel ayında Heydər Əliyev sarayında baş tutmuş konsert proqramını izləyib-izləmədiyindən asılı olmayaraq “Analoqu olmayan” solo konserti Park Cinema ekranlarında izləməkdən böyük zövq alacaqlarına ümidvar olduğunu qeyd edib. “”Planet Parni iz Baku” KVN teatrının sevimli qəhrəmanlarının yüksək keyfiyyətli video və səsin müşayiəti ilə təqdim olunan dadlı-məzəli zarafatları, yumorla bol səhnəcikləri inanırıq ki, heç kəsi biganə qoymayacaq”, - deyə Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru vurğulayıb.
Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digər artistlərin ifsında təqdim olunan “Analoqu olmayan” yeni solo konsert tamaşaçılara bol gülüş dolu saatlar vəd edir.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Fıame Tower isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq.
Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
F.Əliyeva
banner

Oxşar Xəbərlər